Başkent Universitetinin qurucu rektoru və Azərbaycan Tibb Universitetinin fəxri professoru Mehmet Haberal Madriddə keçirilən Dünya Transplantasiya Cəmiyyəti (TTS) konqresində cəmiyyətin prezidenti seçilib.

2004-2008-ci illər ərzində Dünya Yanıq Cəmiyyətinin (ISBI) prezidenti kimi fəaliyyət göstərmiş məşhur elm xadimi dünya çapında bu nailiyyəti qazanmış yeganə mütəxəssisdir. Biz də böyük Azərbaycanpərəst Mehmet Haberalın uğuruna sevinir, onu təbrik edirik. Ümidvarıq ki, dünyada orqan transplantasiyasından məsul olan bu cəmiyyətin prezidentinin seçilməsi dünyada, eləcə də Azərbaycanda bu sahənin inkişafına təkan verəcək.