Biz-kimik

Haqqımızda

Biz kimik?

2000-ci ildə fəaliyyətə başlayan MedServis ÖTM, bu illər ərzində minlərlə insana ümid, sağlamlıq ocağı olub və qalmaqdadır.
MedServis ÖTM fəaliyyətə başlayan zaman, təxminən 8000000 Azərbaycan əhalisinə xidmət edən 10-15 dializ aparatında 60-a yaın xəstə hemodializ müalicəsi alırdılar. Belə şərtlər daxilində fəaliyyətə başlayan mərkəzimiz qısa zaman kəsiyində uğurlu işi ilə Azərbaycan tibb ictimaiyyətinin diqqətini və müsbət rəyini qazanmış oldu. Belə ki, bu illər ərzində xroniki və kəskin böyrək çatışmazlığı səbəbi ilə minlərlə xəstə hemodializ müalicəsinə götürülüb. Qeyd olunmalıdır ki, mərkəzimizə müaraciət edən xəstələrin əksəriyyəti ağır halda olduğundan xəstələr mərkəzimizdə aparılan proqramlaşdırılmış müalicə rejimi fonunda vəziyyəti yaxşılaşmış, sabit duruma çatdırılmış, əksəriyyəti hal-hazırda Azərbaycanın müxtəlif bölgələrində açılmış dializ mərkəzlərində müalicələrini davam etdirməkdədir. Mərkəzimizdə hazırlanmış kadrlar hal-hazırda MedServis ÖTM və Azərbaycanın digər müasir və qabaqcıl tibb mərkəzlərində çalışmaqdadırlar.
2000-ci ildən fəaliyyət göstərən MedServis ÖTM çox ilklərə imza atmışdır:
- Qafqazda ilk özəl hemodializ mərkəzi, MDB məkanında ilk iki mərkəzdən biri
- İlk səyyar hemodializ
- İIlk dəfə uşaq hemodializi
- İlk dəfə 6 aylıq uşağın hemodializ müalicəsinə götürülməsi və böyrək fəaliyyətinin tam bərpası
- İlk dəfə daimi- permanent kateterlərin qoyulması
- İlk dəfə ev hemodializi
- İlk dəfə MDB məkanında 6 il dializdə olan xəstənin hamilə qalması və sağlam uşaq dünyaya gəlməsi
- İlk dəfə bizim laboratoriyada nefrologiyada geniş istifadə olunan parathormon, sistatin C, eritropoetin, vitamin B12, siklosporin səviyyəsinin təyini analizlərinin edilməsi
- İlk dəfə nefroloji saytın yaradılması – www.medservis.az
Nəticə olaraq bügun 2000-ci ildən fəaliyyətə başladığımız zamana nisbətən Azərbaycanda yeni müasir standartlara cavab verən mərkəzlər fəaliyyət göstərir. Nefroloji xidmətin səviyyəsi müqayisədə artmış, artıq Azərbaycanın hər bölgəsində hemodializ mərkəzi fəaliyyət göstərməkdədir. Böyrək köçürmə sahəsində, yetərincə olmasa da, irəliləyiş vardır və uğurla əməliyyatlar həyata keçirilir. Periton dializi xidməti də möcuddur.
Azərbaycanda nefroloji xidmətin ərsəyə gəlməsində MedServis ÖTM-in də rolu danılmazdır.

Biz-kimik

Fərqliliyimiz

Nəyə görə bizi seçirlər?

Yüksək səviyyəli tibbi xidmət

Klinikamızın peşəkar həkimləri yüksək səviyyədə xidmət göstərir

Ali dərəcəli tibbi personal

Klinikamizda fəaliyyət göstərən həkimlər xaricdə təhsil almış peşəkarlardır.

Uzun illər ərzində göstərilən keyfiyyətli xidmət

17 il əvvəl yaranan klinikamız öz fəaliyyətini uğurla davam etdirir.

Müasir tibbi avadanlıq və texnologiyalar

Klinikamızda ən son aparat və avadanlıqlardan istifadə olunur.

Laborator analizlərin tam vaxtında hazırlanması və verilməsi

Laboratoriyamızda analizlərin cavabı vaxtında, dəqiq verilir.

Haqqımızda

Sertifikatlarımız

Böyüt

0

Kollektiv heyyəti

0

Həkim

0

Şöbə

15

Tibbi şöbələr

Xidmətlər

Tərəfdaşlarımız