Hörmətli dostlar!
2000-ci ildə fəaliyyətə başlayan MedServis ÖTM, bu illər ərzində minlərlə insana ümid, sağlamlıq ocağı olub və qalmaqdadır.
MedServis ÖTM fəaliyyətə başlayan zaman, təxminən 8000000 Azərbaycan əhalisinə xidmət edən 10-15 dializ aparatında 60-a yaın xəstə hemodializ müalicəsi alırdılar. Belə şərtlər daxilində fəaliyyətə başlayan mərkəzimiz qısa zaman kəsiyində uğurlu işi ilə Azərbaycan tibb ictimaiyyətinin diqqətini və müsbət rəyini qazanmış oldu. Belə ki, bu illər ərzində xroniki və kəskin böyrək çatışmazlığı səbəbi ilə minlərlə xəstə hemodializ müalicəsinə götürülüb. Qeyd olunmalıdır ki, mərkəzimizə müaraciət edən xəstələrin əksəriyyəti ağır halda olduğundan xəstələr mərkəzimizdə aparılan proqramlaşdırılmış müalicə rejimi fonunda vəziyyəti yaxşılaşmış, sabit duruma çatdırılmış, əksəriyyəti hal-hazırda Azərbaycanın müxtəlif bölgələrində açılmış dializ mərkəzlərində müalicələrini davam etdirməkdədir. Mərkəzimizdə hazırlanmış kadrlar hal-hazırda MedServis ÖTM və Azərbaycanın digər müasir və qabaqcıl tibb mərkəzlərində çalışmaqdadırlar.
2000-ci ildən fəaliyyət göstərən MedServis ÖTM çox ilklərə imza atmışdır:
- Qafqazda ilk özəl hemodializ mərkəzi, MDB məkanında ilk iki mərkəzdən biri
Azərbaycanda:
- İlk səyyar hemodializ
- İIlk dəfə uşaq hemodializi
- İlk dəfə 6 aylıq uşağın hemodializ müalicəsinə götürülməsi və böyrək fəaliyyətinin tam bərpası
- İlk dəfə daimi- permanent kateterlərin qoyulması
- İlk dəfə ev hemodializi
- İlk dəfə MDB məkanında 6 il dializdə olan xəstənin hamilə qalması və sağlam uşaq dünyaya gəlməsi
- İlk dəfə bizim laboratoriyada nefrologiyada geniş istifadə olunan intakt parathormon, sistatin C, eritropoetin, vitamin B12, siklosporin səviyyəsinin təyini analizlərinin edilməsi
- İlk dəfə nefroloji saytın yaradılması – www.medservis.az
Nəticə olaraq bügun 2000-ci ildən fəaliyyətə başladığımız zamana nisbətən, Azərbaycanda yeni müasir standartlara cavab verən mərkəzlər fəaliyyət göstərir. Nefroloji xidmətin səviyyəsi müqayisədə artmış, artıq Azərbaycanın hər bölgəsində hemodializ mərkəzi fəaliyyət göstərməkdədir. Böyrək köçürmə sahəsində, yetərincə olmasa da, irəliləyiş vardır və uğurla əməliyyatlar həyata keçirilir. Periton dializi xidməti də möcuddur.
Azərbaycanda nefroloji xidmətin ərsəyə gəlməsində MedServis ÖTM-in də rolu danılmazdır!
Medservis ÖTM-nin direktoru, Hikmət İsmayılov 16.06.2022-ci il tarixində Cənab prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Hörmətli Hikmət doktor, Sizi bütün kollektivimiz adından səmimi qəlbdən təbrik edirik!
Medservis ailəsi sizinlə hər zaman fəxr edir!
Müasir dünya tibbinin ən parlaq simalarından biri, Azərbaycanın yaxın dostu, prof. doktor MEHMET HABERAL , Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən hər il təqdim edilən İhsan Doğramacı Family Health Foundation` mükafatına layiq görülmüşdür. Çox qürurverici haldır ki, bir zamanlar MEHMET bəyin müəllimi olmuş və MEHMET HABERAL TÜRKİYEnin en böyük varlığıdır! Adlandırmış BÖYÜK İhsan Doğramacının adını daşıyan bu mükafat 2022-ci il üçün məhz, tələbəsi MEHMET HABERALa təqdim olunacaq!
Bu münasibət ilə, İNSANLIĞA XİDMƏTİNDƏ BAŞARILARLNIN davamını və sağlıq dolu uzun ömür diləyirik!
Başkent Universitetinin qurucu rektoru, Azərbaycan Tibb Universitetinin fəxri professoru MEHMET HABERAL, Madriddə keçirilən Dünya Transplantasiya Cəmiyyətinin (TTS) konqresində, bu cəmiyyətin prezidenti seçilmişdir. Əvvəl Dünya Yanıq Cəmiyyətinin (ISBI) 2004-2008-ci illər ərzində prezidenti olmuş məşhur bilim adamı, dünya çapında belə nailiyyət qazanmış tək mütəxəssisdir. Bizlər də böyük Azərbaycansevər olan Memet Haberalın uğuruna sevinərək, təbrik edirik! Ümidvarıq ki, dünyada orqan köçürülməsindən sorumlu olan bu cəmiyyətin prezidentinin seçilməsi, Azərbaycanda da bu sahənin inkişafına təkan verəcəkdir!
Türk Dünyası Transplantoloqlar Dərnəyinin konqresi keçirilib
1-3 noyabr 2017-ci il tarixində Türkiyənin Ankara şəhərində Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) 2-ci birgə konqresi keçirilmişdi. Tədbirdə TOND və TDTD-in qurucusu və prezidenti, 2018-2020-ci illər üçün Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS) prezidenti seçilmiş dünya şöhrətli alim, professor Mehmət bəy Haberalın rəhbərliyi ilə baş tutub.
Xatırladaq ki, TOND-TDTD-in birincı konqresi məhz professor M.Haberalın təşəbbüsü ilə 2016-cı ilin 1-3 iyun tarixlərində Bakıda böyük uğurla keçirilmişdir. Həmin tədbirdə dünyanın 22 ölkəsindən və yerli mütəxəssislər də olmaqla 500-ə qədər nümayəndə iştirak etmişdi.
Ankara kongresində Türkiyə, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, İspaniya, Yaponiya ilə yanaşı, orta şərq MESOT ölkələri - İraq, İran, Səudiyyə Ərəbistanı, Yəmən, İordaniya, Küveyt, Pakistan, Qətər, BƏƏ və Türk Dünyası Transplantologiya dərnəyinin üzv dövlətləri - Azərbaycan, Qırgızstan, Qazaxstan, Özbəkstan, Tacikstan və bir sıra digər ölkələrin ən tanınmış alim və cərrah-transplantoloqları iştirak edib.
2-6 Iyun tarixlərində Amerikanın Sietl şəhərində Amerika Cərrah Transplantoloqlar Cəmiyyətinin və Amerika Transplantologiya Cəmiyyətinin illik konqresi keşirilmişdir. Azərbaycanı “ MedServis” ÖTM-in həkimi Mehinbanu Məmmədli poster təqdimatı ilə təmsil edib. 1800-dən çox abstrakt, 500-dən çox şifahi-elmi, 1200-dən çox poster təqdimatı olunmuş konqresdə bu vacib sahənin 500-dən çox mütəxəssisi qatılıblar. Mötəbər toplantıda Amerika Virciniya Universitetində çalışan həmyerlimiz cərrah- transplantoloqlar Rauf Şahbazov və Feredun Azeri 5 elmi təqdimatla Azərbaycanı layiqincə təmsil ediblər.