Yüksək dozada eritropoez stimulyatorlarını qəbul edən hemodializ xəstələri arasında ölüm riskinin artması

Eritropoezin stimulyatorları (ES) xroniki böyrək xəstəliyi (XBX) olan pasiyentlərdə anemiyanı müalicə etmək üçün geniş istifadə olunur. Eritropoezin stimulyatorlarının təhlükəsizlik məsələsi bir sıra tədqiqatlarda müzakirə olunmuş, nəticədə malign neoplazmaların əmələ gəlməsi və bu səbəbdən ölüm hallarının artdığı məlum olmuşdur. Bunun ES-nin dozası, yaxud bu qrup xəstələrin xüsusiyyətləri ilə bağlı olması isə məlum deyil.

Üsullar

Meyillilik göstəricilərinə uyğun seçilmiş pasiyent qrupları arasında çoxmərkəzli retrospektiv müşahidə sınaqları keçirilmişdir. Sınağın məqsədi hemodializ müalicəsinə başlamış xəstələrdə həftəlik ES-nin adminstrasiyasının təsirini təhlil etmək idi. Sınağa cəmi 1679 xəstə daxil edildi. ES standart tibbi müalicəyə uyğun olaraq təyin edilirdi. Ölüm riski və hospitalizə olunma məlumatlarını müqayisə etmək üçün pasiyentlər ES-nin dozasından asılı olaraq kvintil qruplaşdırıldılar. Meyillilik göstəricilərinin müqayisəsini əsas götürərək tədqiqatçılar həftəlik hədd dozası 8000 BV-dən (beynəlxalq vahid) çox və az olaraq 324 xəstəni iki qrupa ayırdılar.

Nəticələr

Kaplan-Meyerin sağqalma əyriləri yüksək dozalı eritropoez stimulyatorlarını (> 8127, 4 BV/həftədə) qəbul edən hemodializ xəstələrində ölüm riskinin nəzərə çarpacaq qədər artdığını göstərdi. Analiz edilərkən çox dəyişkən Koks modellerindən istifadə edilərək eritropoez stimulyatorlarının yüksək dozası bütün səbəblərdən və ürək damar xəstəlikləri səbəbindən müstəqil proqnostik ölüm faktoru kimi təsbit edilmişdir. Bundan əlavə, logistik reqressiya modelində ES-nin yüksək dozaları ürək-damar və yoluxucu xəstəliklərlə əlaqəli bütün səbəblərdən hospitalizasiyanın müstəqil proqnostik faktoru kimi təyin edilmişdir. Meyillilik göstəricilərinin müqayisəli analizi təsdiq etdi ki, eyni demoqrafik xüsusiyyətlərə, HD-in klinik parametrlərinə və bu tənzimlənmiş kohortanın hemoqlobin səviyyəsinə baxmayaraq ES-nin həftəlik 8000 ME-dən artıq dozası bütün səbəblərdən ölüm və hospitalizasiyanın müstəqil proqnostik faktorudur.

Son nəticə

Bu məlumatlar ES-nin həftədə 8000 BV-dən yüksək dozada istifadə edilməsinin XBX-yi olan xəstələrdə bütün səbəbərdən hospitalizasiya və ölüm riski ilə müşayiət edildiyini göstərir.

Mənbə: Rafael Pérez-García, Javier Varas, Alejandro Cives, Alejandro Martín-Malo, Pedro Aljama, Rosa Ramos, Julio Pascual,Stefano Stuard, Bernard Canaud, José Ignacio Merello,

Nephrology Dialysis Transplantation, Volume 33, Issue 4, April 2018