Hemodializ müalicəsi alan pasiyentlərdə hamiləliyinin nəticələri: ABŞ-də milli sorğu

Hamiləlik xroniki dializ müalicəsinə cəlb olunan pasiyentlərin 1-7 %-də baş tutur. Dializ xəstələrinin hamiləliyi ilə bağlı məlumatlar ayrı-ayrı mənbələrə, bu hallarla bağlı nəşrlərə və sorğulara əsaslanır. Bu tədqiqat ABŞ nefroloqları tərəfindən son 5 ildə toplanmış hemodializ müalicəsi alan pasiyentlərdə hamiləliyin aparılma təcrübəsi ilə bağlı məlumatları yeniləmək məqsədilə həyata keçirilmişdir. Tədqiqatda ana və uşaqla bağlı son nəticələr, təyin olunan dializ rejimi və hemodializ müalicəsi alan pasiyentlərdə hamiləliyinin aparılmasının bəzi xüsusiyyətləri araşdırılıb. 23 sualdan ibarət anonim sorğu elektron poçt vasitəsilə “ESRD Networks” proqramının administratorlarına göndərilib, onlar da öz növbəsində anketi çalışan nefroloqlara yönləndiriblər.

Sorğuda 187-dən çox hamiləliklə bağlı məlumatlar verərək 196 nefroloq iştirak edib. Onlardan 45 %-i hemodializ müalicəsi alan hamilələrlə işləyirdi. Verilən məlumatlara görə, hamiləliklərin 78 %-i canlı uşaq dünyaya gəlməsi ilə nəticələnib, 44 % xəstələrdə isə preeklampsiya qeyd olunub. Bununla yanaşı, ananın ölüm hallarına rast gəlinməyib. Nefroloqlar hamilə pasiyentlərə daha çox həftədə 6 gün olmaqla 4-4.5 saat davam edən hemodializ seansı təyin edirdi. Preeklampsiya həftədə 20 saatdan çox hemodializ alan xəstələrdə 20 saatdan az alan pasiyentlərə nisbətən 2.2 dəfə daha çox inkişaf edirdi.

Şəkil 1. Hemodializ xəstələrində hamiləliyin baş tutma müddəti (sol kənar sütun — hemodializ müalicəsindən öncə hamilə qalan xəstələr, sağ kənar sütun — 10 ildən artıq)

Şəkil 2. Hamilə pasiyentlərə təyin olunan həftəlik hemodializ seansının sayı və hər seansın davametmə müddəti

Mənbə: Clinical Kidney Journal, Volume 10, Issue 2, 1 April 2017, Pages 276–281