Böyrək alloqraftının nefrektomiyasının qreftə və təkrar transplantasiya keçirmiş pasiyentlərin sağ qalma nisbətinə təsiri

Hazırda böyrək alloqraftının çıxarılmasının təkrar böyrək köçürülməsinə necə təsir etdiyi məlum deyil. Bu araşdırmanın məqsədi böyrək alloqraftının nefrektomiyasının (AN) və alloqraftın saxlanmasının (qeyri-AN) təkrar böyrək köçürülməsinə təsirini qiymətləndirmək idi.

Üsullar

“MEDLINE”, “Embase” və “Cochrane” Kitabxanasının məlumat bazalarından istifadə edərək sistematik baxış və metaanaliz həyata keçirildi. Analizə alloqraftı çıxarılaraq (AN) və çıxarılmadan (qeyri-AN) təkrar böyrək transplantasiyası keçirmiş pasiyentlərdən ibarət müşahidə araşdırmaları. yaxud təsadüfi şəkildə seçilmiş nəzarət sınaqları daxil edildi. Əsas nəticə kimi transplantatın sağ qalma nisbəti, xəstənin sağalma nisbəti, transplantatın orqandan kəskin imtinası və gecikmiş qreft disfunksiyası, ikincil nəticələr kimi isə PRA antikorlarının və təkrar transplantasiyadan 1 il sonra qan serrumunda kreatininin səviyyəsi, soyuq işemiya müddəti və təkrar transplantasiyaya qədər hemodializ müddəti əsas götürülürdü.

Nəticə

Analizə 1923 xəstəni əhatə edən 20 araşdırma daxil edilmişdi. Alloqraftın saxlanması ilə müşayiət olunan qrupda onun çıxarılması ilə yığılan qrupa nisbətən qreftin 3 illik sağ qalma nisbəti əhəmiyyətli dərəcədə yüksək olduğu { 0.48 [UN (uğur nisbəti), 95% etibarlılıq intervalı (Eİ) 0,34-0,69], 10 tədqiqat n=1030} və qreftin 5 il sağ qalma nisbəti [UN 0,65 (95 % Eİ 0,44-0,97), 16 araşdırma, n = 1878] məlum oldu. Pasiyentin 5 illik sağ qalma nisbətinin göstəriciləri [UN 1,82 (95% Eİ 1,14-2,90), 5 tədqiqat, n = 749], PRA antigen səviyyəsi [UN 3,08 (95% Eİ 2,08-4,56), 12 tədqiqat, n = 1225 ], orqandan kəskin imtina halının rast gəlmə tezliyi [UN 1,59 (95% Eİ 1,21-2,09), 15 tədqiqat, n = 1388] və qreft disfunksiyası [UN 1,66 (95% Eİ 1,20-2,03), 8 tədqiqat, n = 879] alloqraftın çıxarıldığı qrupda nəzərə çarpacaq qədər yüksək idi. Alloqraftın saxlandığı (qeyri-AN) qrupa nisbətən alloqraftın çıxarılmış olduğu (AN) qrupda soyuq işemiya müddəti daha uzun idi [ağırlıqlı ortalama fərq 1,84 (95% Eİ 0,90-2,79), 7 araşdırma, n = 919]. 1 il və 10 il müddətinə qreftin sağ qalma nisbəti, təkrar böyrək köçürülmədən 1 il sonra qan serrumunda kreatinin səviyyəsi və son transplantasiyaya qədər hemodializ seansının davametmə müddəti qrupları arasında oxşar idi.

Bu tədqiqatın araşdırmalarına əsasən, məqalənin müəllifləri fəaliyyət göstərməyən böyrək qreftini ehtiyac olmadığı halda çıxarmamağı məsləhət görürlər.

Mənbə: Jinwen Lin, Rending Wang, Ying Xu, Jianghua Chen

Nephrology Dialysis Transplantation, Volume 33, Issue 4, April 2018